“Müharibədən sonra Ukraynanın bərpası üçün ən azı 600 milyard dollar lazımdır”.
Yenisabah.az UNİAN-a istinadla xəbər verirk ki, bunu Baş nazir Denis Şmıqal Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun birgə təşkil etdiyi 2022 Yaz Görüşlərində çıxışı zamanı deyib.
Şmıqal beynəlxalq tərəfdaşlara Rusiyanın Ukraynanı və Ukrayna iqtisadiyyatını məhv etmək planlarından danışıb və Ukraynanı təcili qısamüddətli maliyyələşdirməyə çağırıb. pizza hut
"Bağlanmış limanlar, zavodların tətilləri, əkin sahələri, dağıdılmış şəhərlər. Bütün bunlar Ukrayna iqtisadiyyatını məhv etmək planının bir hissəsidir. Artıq itkilər 500 milyard dollardan çoxdur. Bu il ÜDM 30-50% azala bilər. Ukraynanın tərəfdaşlarının maliyyə dəstəyinə ehtiyacı var. Biz bu cür qısamüddətli yardımın həcmini növbəti altı ay üçün ayda 4-5 milyard dollar səviyyəsində qiymətləndiririk”, - deyə Ukraynanın baş naziri bildirib.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə Ukraynanın yenidən qurulması, ən azı 600 milyard dollara başa gələcək. Belə yenidənqurma təkcə infrastrukturun bərpasını deyil, həm də yeni iqtisadiyyatın və yeni Avropa institutlarının inkişafını əhatə edəcək".
Cavad Salmanlı
Telegram kanalımız