Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 205-i uşaq olmaqla 2072 dinc sakin həlak olub.
Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Qurumdan bildiirlib ki, həmçinin 2818 dinc sakin, o cümlədən 272 uşaq xəsarət alıb. pizza hut
Qurbanların əksəriyyəti Donbasdadır. Orada 732 nəfər həlak olub.
Müharibənin əvvəlində Ukraynanın nəzarətində olan ərazilərdə 653 nəfər həlak olub.
BMT vurğulayıb ki, qurbanların real sayı daha çox ola bilər. Davam edən hərbi əməliyyatlar səbəbindən yoxlanılan məlumatlar gecikmələrlə daxil olur.
Cavad Salmanlı
Telegram kanalımız