Ukraynada bütün istiqamətlərdə aktiv hərbi əməliyyatlar davam etdirilir. Rusiya ordusu Donetsk və Tavriya istiqamətlərindən Mariupola aviazərbələr endirir.
UNİAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsi məlumat yayıb.
Məlumata görə, Rusiya qoşunları dəniz limanı yaxınlığında hücum əməliyyatları həyata keçirib. 810 və 155-ci ayrı-ayrı dəniz piyada briqadalarının bölmələri desant dəniz əməliyyatı üçün hazırlanır. Dördpendirli pizza
Müvəqqəti işğal edilən ərazilərdə mülki əhaliyə qarşıya talan və zorakılıqların davam etdiyi də qeyd olunur.
Baş Qərargah İdarəsi bildirir ki, son sutka ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 10 hücumu dəf edilib. Həmçinin 15 tank, 24 zirehli texnika və 3 artilleriya sistemi, 1 təyyarə, 1 helikopter, 5 PUA və 6 qanadlı raket vurulub.
Telegram kanalımız