Ukraynanın Mırotske qəsəbəsində 7 mülki vətəndaşın cəsədi tapılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın Buça Rayon Prokurorluğu məlumat yayıb.
Açıqlamada sözügedən 7 mülki şəxsin əllərinin arxadan bağlanaraq güllələndiyi qeyd olunur. pizza sifarişi
krayna DİN-in rəsmisi İqor Klimenko təkcə Kiyev vilayətində 1500-dən çox dinc sakinin həyatını itirdiyini və bu ölümlərin Rusiya ordusunun düşünülmüş qərarı ilə baş verdiyini bildirib:
"Ruslar nə etdiklərini bilirdilər, nəticələrini bilirdilər, amma hər halda bunu etdilər".
Kütləvi məzarlarla bağlı araşdırmaların ayrı-ayrılıqda aparıldığını deyən Klimenko hazırda dəqiq rəqəm söyləməyin mümkün olmadığını vurğulayıb.
Telegram kanalımız