Ukraynada daha bir rus generalı öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada daha bir rus generalı öldürüldü

Dünya

04 Dekabr 2023 14:57 735


Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev öz Telegram kanalında yazıb.

O, Rusiya Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadskinin Ukraynada həlak olduğunu bildirib: Sezar pizza

“Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski xüsusi əməliyyat zonasında döyüş postunda həlak olub... 2021-ci ilin avqust ayına qədər o, 4-cü tank diviziyasına komandirlik edib”.

Qusev Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib, həmçinin, əlavə edib ki, zabit öz borcuna sadiq olub və sona qədər vuruşub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!