Ukraynada döyüşən azərbaycanlıları nə gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada döyüşən azərbaycanlıları nə gözləyir?

Hadisə

14 May 2022 13:00 244


“Əgər Ukraynada vuruşan azərbaycanlılar qanunsuz hərbi silahlı birləşmələrin tərkibində deyillərsə, bu zaman onlar məsuliyyətə cəlb olunmur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas Əsabəli Mustafayev deyib.

O, Ukrayna ordusunda vuruşan azərbaycanlıların növbəti mərhələdə məsuliyyətə cəlb olunub-olunmaması barəsində danışıb: pizza mizza

“Məsələ burasındadır ki, burada 2 əlamət var: Birincisi, muzdluluq, yəni pulun hesabına vuruşmaq. Ancaq bilirik ki, Ukraynaya könüllülər gəlir və bunlar pul ilə işə götürülən, döyüşə təyin olunan adamlar deyil, bunlar könüllülərdir. Ola bilsin ki, onlara müəyyən ödəniş, yemək və haradasa qalmaq xərci ödənilir. Ancaq bu adamlar pul hesabına vuruşan insanlar deyil, sadəcə könüllülərdir.

Əgər məlum olsa ki, Azərbaycan vətəndaşı muzdlu qismində orada iştirak edir, onda bu, hər halda məsuliyyət yarada bilər və həmin şəxs barəsində araşdırma aparıla bilər”.

Ə. Mustafayev əlavə edib: “İkinci əlamət də qanunsuz hərbi birləşmələrin tərkibində vuruşmaqdır. Suriyada “İŞİD”in, Əfqanıstanda “Taliban”ın tərkibində vuruşanlar çox olub. Bunlar heç bir dövlətin rəsmi silahlı qüvvələri deyil. Lakin Ukraynada vuruşan könüllülər, o cümlədən azərbaycanlılar da Ukrayna silahlı qüvvələrinin tərkibində vuruşurlar. Ona görə də, bu rəsmi sayılır. Hətta ola bilsin ki, müqavilə əsasında onlar vuruşsunlar. Sanki bu, işə girmək kimi bir şeydir.

Məsələn, Azərbaycan vətəndaşları gedirlər xaricdə hər hansı bir işə girirlər, bundan ötürü müqavilə bağlayırlar və maaş alırlarsa, belə olan halda da Ukraynada müqavilə əsasında vuruşan azərbaycanlıların məsuliyyətə cəlb olunması heç bir hüquqi əsas vermir. Çünki Azərbaycan qanunvericiliyində əsas əlamətlərdən biri də qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqdır. Bu əlamət yoxdursa, hesab edirəm ki, məsuliyyətə cəlb olunmayacaq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!