“Ukraynada hər şeyi məhv etmək lazımdır...”

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynada hər şeyi məhv etmək lazımdır...”

Dünya

18 Aprel 2022 08:53 2152


Rusiyalı jurnalist Vladimir  Solovyov Qara dəniz donanmasının flaqmanı olan "Moskva" raket  kreyseri ilə bağlı bütün məsələlərə, o cümlədən  ekipajın döyüş hazırlığı və təchizatı məsələlərinə aydınlıq gətirilməsini tələb edib.

Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Solovyov Live" proqramının efirində bəyan edib.
 
Solovyov hər şeyə "xüsusi əməliyyat" kimi baxmamağa və "Ukrayna ilə tammiqyaslı müharibə aparmağa", o cümlədən qərar qəbul edilən mərkəzlərə hücumlara çağırış edib.
 
Solovyov bu zaman ekspert Yakov Kedminin fikrinə istinad edib.
 
"Mən Yakov Kedminin çıxışını dinləmişəm, o, tamamilə haqlıdır. Biz "xüsusi hərbi əməliyyat deyil, müharibə aparsaydıq, o zaman mülkilər daxıl olmaqla bütün hava limanları, dəmir yolları, infrastruktur, qərarlar qəbul edilən mərkəzlər məhv ediləcəkdi", - Solovyov belə deyib.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!