Ukraynada hərbi vəziyyət rejimi 30 gün uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada hərbi vəziyyət rejimi 30 gün uzadıldı

Dünya

21 Aprel 2022 17:52 464


Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı işğalından sonra tətbiq edilən hərbi vəziyyət rejimi 2022-ci il mayın 25-dək uzadılıb.

Yenisabah.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Ali Radanın deputatları Prezident Volodimir Zelenskinin təşəbbüsündən sonra müvafiq qərarın lehinə səs veriblər.

Ukraynada hərbi vəziyyət aprelin 25-dək qüvvədə idi, indi isə daha 30 gün uzadılıb. Dominos pizza

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada müharibəyə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!