“Rus əsgərləri məni dəfələrlə zorladı”. Rusiyanın Ukraynaya qarşı başladığı hərbi əməliyyatlar davam etdikcə, demək olar hər gün bu kimi xəbərlərə rast gəlirik. Rus aqressiyasının artması bu kimi halların da mütəmadi olmasına yol açır.
Təsadüfi deyil ki, azğınlaşmış rus əsgərləri bir neçə gün öncə, hətta 83 yaşlı ahıl qadına qarşı belə çirkin əməl törətmişdilər. Müharibə vəhşiliklərinin artdığı dönəmdə hər kəsi bir şey maraqlandırır. Bu kimi hadisələrin artmağına səbəb nədir? Zombiləşməyə doğru gedən müharibə psixologiyası yoxsa cinsi aclıq?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Azad İsazadə, bu halların artmasında komandanlığın əlinin olduğunu istisna etməyib və qeyd edib ki, istənilən halda məsuliyyət zabitin üzərinə düşür:
“Hər bir orduda, əsasən də döyüş vaxtı belə hallarla rastlaşmaq olar, amma buna qarşı ordunun nizam-intizamı, “ustav” deyilən bir anlayışı, sənədi var. Zabit döyüşdən öncə də, döyüş vaxtı da əsgərə nəzarət etməlidir.
Bu hərbi cinayət sayılır və bu cinayətə qarşı xüsusi maddələr də var ki, nizam-intizam qaydalarında da yazılıb. Zabit bu prosesə nəzarət etmirsə, əsgərləri boş buraxırsa ordu faktiki vəhşiləşir. Sözsüz ki, əsgər döyüşə girir, adam öldürür, yanında yoldaşı öldürülür və s. pizza hut
Zabit bilməlidir ki, belə problemlə rastlaşa bilər. Buna qarşı tədbirlər görülməli, döyüşdən çıxan əsgərləri nəzarət altında saxlamalıdır. Burada nəzarət olunmalıdır ki, içki məsələləri olmasın, mülki əhaliyə qarşı zorlanma və işgəncə verilməsi olmasın ki, bunlar mənfi yanaşmada zirvələrdən biridir. Belə hal baş verirsə, hadisəni törədən sözsüz ki, cinayətkardır, amma məsuliyyət zabitin boynundadır. İstər bölüm, istər tabor komandiri, istərsə da polkovnik ya da general”.
A.İsazadə deyib ki, istisna edilmir ki, zabitlər də belə zorlanma hadisələrində iştirak ediblər.
“Mən nisbətən yaxşı tərəfini götürürəm ki, nəzarət etməyiblər. İstisna edilmir ki, bəlkə də icazə verilib. Birmənalı şəkildə, rus ordusunun zabitləri ən yaxşı halda buna nəzarət etməyiblər, amma istisna etmirəm ki, buna icazə də veriblər, hətta özləri də bu prosesdə iştirak ediblər.
Ümumiyyətlə bu orta əsrlər müharibələrində də, 20-ci əsr müharibələrində də olub və hesab olunur ki, qalib ordu əks ordunun müqavimətini qırmaq üçün o xalqın qadınlarını zorlamalıdır. Bu müdafiə olunan orduya psixoloji baxımdan təsir etməsə də, əsrlər boyu belə anlayış olub. Bu üsul müdafiə olunan ordunu sonadək döyüşməyə məcbur edir, çünki bilirlər ki, əgər uduzsalar onların qohum-əqrəbalarının başına hansı zorakı müsibətlər gətiriləcək.
Psixoloq bildirib ki, hələ təsqiqlənməsə də, belə məsələ var ki, Ukrayna ordusu bu kimi halların qarşısını almaq üçün rus əsgərlərini əsir götürmür.
“Bir faktı qeyd edim ki, Buçada, İrpendə olan hadisələr baş verənə qədər rus əsgərləri əsir düşürdü. Son zamanlar əsirlərin sayı azalıb. Demək sadəcə olaraq əsir götürmürlər. Bu da ukraynalı əsgərlərin cavabıdır: “Siz bizim ana-bacımızla belə rəftar edirsinizsə, biz sizi əsir götürmürük”. Son bir həftədə əsir düşən rus əsgərlərinin sayı azalıb ki, düşünürəm bu, da Ukrayna ordusunun cavabıdır”.
Azad İsazadə sonda qeyd edib ki, zorlanma hadisələri heç bir halda seksual aclıq sayıla bilməz və bu hərbi cinayətdir.
“Buna heç bir əsaslandırma tapmaq mümkün deyil. Bu hərbi cinayətə qarşı sözsüz ki, beynəlxalq tribunallarda cavab olacaq. Bir özümüz bunu Xocalıda yaşamışıq. Söhbət təkcə zorlanmadan getmir, ümumiyyətlə, mülki əhaliyə qaşı olan vəhşi rəftardan gedir”.
Cavad Salmanlı
Telegram kanalımız