"Ukrayna Silahlı Qüvvələri rus işğalçılarını uğurla dəf etməkdə davam edir. Rusiya Federasiyasının hərbçiləri ciddi itki verir. Rusiyanın Ukraynaya qarşı müharibəsinin qaynar mərhələsi iki-üç həftəyə başa çatacaq və müharibə iki-üç ay ərzində tamamilə yekunlaşmalıdır".
Yenisabah.az Segodnya.ua-ya istinadən xəbər verir ki, bu barədə #UArazom milli telemarafonunun efirində Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fyodor Venislavski məlumat verib.
“Bu günə qədər əldə etdiyimiz nəticələri nəzərə alsaq, Silahlı Qüvvələrimizin düşməni Ukrayna torpaqlarından tezliklə geri çəkilməyə vadar edəcəyini əminliklə söyləyə bilərik. Ukraynanın təcili olaraq daha yeni silah modellərinə ehtiyac var və onlar artıq Ukrayna Silahlı Qüvvələrinə çatdırılır. Mən proqnozlaşdırıram ki, müharibənin qaynar, həlledici mərhələsi iki-üç həftə davam edəcək və hərbi əməliyyatlar iki-üç ay ərzində tamamilə yekunlaşacaq” - deyə o bildirib. Sezar pizza
Cavad Salmanli
Telegram kanalımız