Ukraynada müharibə: Ruslar bir gecədə 10 dəfə hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada müharibə: Ruslar bir gecədə 10 dəfə hücum etdi

Dünya

07 İyun 2022 09:36 881


“Rusiya Donetsk istiqamətindən artilleriya atəşi açmaqla yanaşı, aviazərbələr də endirib”. 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib.

“Belarus ərazisindən Volınsk və Polessk istiqamətində raket və aviasiya zərbəsi təhlükəsi qalmaqdadır. Belarus Silahlı Qüvvələri cənub əməliyyat komandanlığı hərbçilərin sayını 80 minədək artırırmağı planlaşdırır”, - məlumatda qeyd olunub. İnformasiyaya əsasən, son sutkada Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətlərindən Rusiya qoşunlarının 10 hücumunun qarşısını alaraq bir tankını, 3 artilleriya sistemini, 2 zirehli döyüş maşınını, bir avtomobilini və 2 sursat anbarını məhv edib. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri qarşı tərəfin “Orlan” tipli 2 PUA-sını sıradan çıxarıb. pizza

Baş Qərargah bildirib ki, qarşı tərəfin Donetsk vilayətində açdığı atəş nəticəsində 4 dinc sakin ölüb, 7-si yaralanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!