Ukraynada neçə general öldürülüb? - Kiyev 12, Moskva 4 deyir

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada neçə general öldürülüb? - Kiyev 12, Moskva 4 deyir

Dünya

07 İyun 2022 13:30 722


Amerikanın “Vashinqton Post” qəzeti Ukraynada öldürülən rus generallardan yazıb. 

Modern.az xəbər verir ki, “Vashinqton Post”un məlumatına görə, Rusiya Müdafiə Nazirliyi zabitlərinin ölümünü nadir hallarda təsdiqləyir ki, bu da onların sayını müəyyən etməyi çətinləşdirir.

“Vashinqton Post” sonuncu belə hadisənin iyunun 5-də baş verdiyini qeyd edib. Həmin gün Rusiya ordusunun general-mayoru Roman Kutuzov öldürülüb. Dominos pizza

Kutuzov Ukraynada ölümü Rusiya rəsmiləri və ya Kremlyönlü media tərəfindən təsdiqlənən dördüncü general olub.

Amma Ukrayna rəsmiləri Rusiya ordusunun 12 generalının öldürüldüyünü iddia edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!