Ukraynada öldürülən uşaqların sayı 200-ə çatır

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada öldürülən uşaqların sayı 200-ə çatır

Dünya

14 Aprel 2022 10:52 450


"Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində 197 uşaq ölüb, 351-i müxtəlif dərəcədə yaralanıb”.

Yenisabah.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından bəri 548 uşaq xəsarət alıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!