Ukraynada QANLI GECƏ: 300-dən çox rus əsgəri öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada QANLI GECƏ: 300-dən çox rus əsgəri öldürüldü

Dünya

22 Aprel 2022 11:05 2316


Şərq əməliyyat zonasında gedən döyüşlər zamanı Rusiya ordusu xeyli itki verib.

Yenisabah.az UNİAN-a istinadə bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” sosial şəbəkəsində bildirilib.

"Düşmən itki verməkdə davam edir. Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin yaralı hərbçilərinin daha bir partiyası, təxminən 220 nəfər və həlak olan işğalçıların 50-dən çoxunun cəsədi Novoaydar rayon xəstəxanasına çatdırılıb. Dördpendirli pizza

“Bundan başqa, Cənub Hərbi Dairəsinin 58-ci Ümumhərbi Ordusunun 136-cı Əlahiddə Motoatıcı Briqadasının Kuraxiv istiqamətində fəaliyyət göstərən taborun taktiki qrupu xeyli itki verib ki, bu rəqəm 250 nəfərə qədərdir.

10-a qədər reaktiv təyyarə və artilleriya sistemləri məhv edilib” – Məlumatda deyilir.

Bildirilir ki, müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının ərazisində yaz çağırış kampaniyasının pozulmasının qarşısını almaq üçün işğalçılar aprelin 30-dan yarımadadan çıxış və girişi qadağan etməyi planlaşdırır.

Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!