Ukraynalı deputatlar Azərbaycanı dəstəkləyən müraciət qəbul etdilər

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı deputatlar Azərbaycanı dəstəkləyən müraciət qəbul etdilər

Siyasət

12 Oktyabr 2023 14:06 315


Ukrayna Ali Radasının deputatları Azərbaycanı dəstəkləyən müraciət qəbul ediblər. 

Yenisabah.az “Report”a istinadən məlumat verir ki, hakim “Xalqın xidmətçisi” Partiyasının deputatlarının imzaladığı müraciətdə Ukraynanın Azərbaycanı və onun xalqını dəstəklədiyi bildirilib. 

Qeyd olunub ki, Qarabağda həyata keçirilən antterror tədbirlərindən sonra Azərbaycana qarşı beynəlxalq səviyyədə qarayaxma kampaniyasına başlanılıb:  Pepperoni pizza

“Erməni diasporunun radikal ünsürləri və bəzi beynəlxalq KİV-lər Azərbaycana qarşı nifrət təbliğatını gücləndirir. Biz bunu qəbuledilməz sayırıq. Azərbaycan antiterror tədbirlərini özünün beynəlxalq səviyyədə tanınmış ərazisində həyata keçirib”. 

Müraciətdə həmçinin vurğulanıb ki, Qarabağdakı erməni separatçıları təslim olduqdan sonra ərazidə çoxlu sayda silah-sursat və ağır hərbi texnika aşkar edilib. 

Deputatlar bildiriblər ki, Qarabağdakı erməniləri heç kim köçməyə məcbur etməyib, onlar bölgədən könüllü şəkildə gediblər: 

“Qarabağın erməni əhalisinin Ermənistana köçü qeyri-zorakı xarakter daşıyır. Bunu oktyabrın 1-də Qarabağda monitorinq həyata keçirən BMT missiyası və ABŞ Dövlət Departamentinin nümayəndəsi Miller də təsdiqləyiblər”. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!