Ukraynalı diplomatın Şuşaya səfəri erməniləri qıcıqlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı diplomatın Şuşaya səfəri erməniləri qıcıqlandırdı

Siyasət

11 İyul 2021 13:26 1177


Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin Şuşaya səfəri ilə bağlı sosial mediada paylaşımı ermənilərdə aqressiya yaradıb.

Yenisabah.az-ın xəbərinə görə, ukraynalı diplomat "Twitter" hesabında iyulun 9-10-da baş tutan Şuşa səfəri ilə bağlı paylaşım edib.

"Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına - Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə iri miqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu!", səfir biıdirib. Pepperoni pizza

Ukraynalı diplomatın bu paylaşımı erməni izləyicilər arasında aqressiya yaradıb. Onlar həm səfiri təhqir edən, həm də Ukrayna münaqişəsi və Krımın işğalının haqlı olduğuna dair şərhlər yazıblar.

Xatırladaq ki, iyulun 9-10-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri Füzuli və Şuşaya səfər edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!