Ukraynalıların 70 faizi Zelenskini korrupsioner hesab edir

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalıların 70 faizi Zelenskini korrupsioner hesab edir

Dünya

09 Dekabr 2023 13:29 678


Vaşinqton və Kiyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasındakı fikir ayrılıqlarına dair fikir mübadiləsi aparıb. 

Yenisabah.az xəbər verir ki. bu barədə “Messenger” portalı Kiyevdəki mənbələrinə istinadən məlumat yayıb. 

“Görüşlər zamanı Zelenski ilə bir neçə ukraynalı general, o cümlədən Zalujnı arasında münasibətlərin pisləşməsi ilə bağlı suallar qaldırılıb. Onlar bu gərginliyin Rusiya ilə münaqişənin gedişatına necə təsir edə biləcəyini müzakirə ediblər”, - deyə portalın açıqlamasında bildirilir.  pizza

Portalın məlumatına görə, ABŞ nümayəndələri hesab edirlər ki, münaqişə kontekstində Ukraynada siyasətçilər arasında münasibətlərdə gərginlik qeyri-adi deyil. Hazırda Zelenski ilə Zalujnı arasındakı ziddiyyətlər hələlik kritik həddə çatmayıb. 

“The Economist” jurnalının məlumatına görə isi ukraynalıların 70%-dən çoxu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanını dəstəkləyir və Zelenski onların gözündə korrupsioner diktatora çevrilib. 

Qərb ekspertləri isə hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı ilə prezident arasında ziddiyyətlər Ukrayna üçün fəlakətli nəticələrə səbəb ola bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!