Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hücumlarının vurduğu iqtisadi itkilərə görə, ölkəsinin ayda təxminən 7 milyard dollara ehtiyacı olduğunu açıqlayıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) forumunda videokonfrans vasitəsilə çıxış edib.
Zelenski bildirib ki, Rusiyanın hücumları taxıl idxal edən ölkələrdə ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub. Sezar pizza
Müharibə nəticəsində ciddi “iqtisadi itkilər” verdiyinə görə Ukraynanın hazırda ayda təxminən 7 milyard dollara ehtiyacı olduğunu qeyd edən prezident “Rusiya ordusu Ukraynada iqtisadi cəhətdən xidmət edə biləcək hər şeyi məhv etməyi hədəfləyir. Bura qatar stansiyaları, ərzaq anbarları və neft emalı zavodları daxildir”, - deyə fikrini tamamlayıb.
Nəzrin Vahid
Telegram kanalımız