Ukraynanın ən böyük neft emalı zavodu raketlə vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın ən böyük neft emalı zavodu raketlə vuruldu

Dünya

18 İyun 2022 11:15 924


Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərində yerləşən neft emalı zavoduna 6 raket atılıb. Daha iki raket istilik elektrik stansiyasına düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Poltova Hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin teleqram səhifəsində məlumat yayıb.

O bildirib ki, Rusiyanın 6 raketi onsuz da işləməyən Kremençuq neft emalı zavoduna, 2 raket isə istilik elektrik stansiyasına düşüb, xoşbəxtlikdən itki olmayıb. Marqarita pizza

Dmitri Luninin sözlərinə görə, genişmiqyaslı müharibə zamanı Poltava vilayətinin bütün infrastrukturu arasında ən böyük hücumlara və dağıntılara Kremençuk neft emalı zavodu və istilik elektrik stansiyası məruz qalıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!