Avropa Komissiyası (AK) 2023-cü il makromaliyyə yardımı proqramı çərçivəsində 1,5 milyard avroluq son dekabr tranşını Ukraynaya köçürüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat yayıb.
“Bu gün biz 2023-cü ildə Ukraynaya 18 milyard avroluq yardım paketimizin 1,5 milyard avroluq son tranşını köçürdük”, - deyə o, X səhifəsində yazıb. Pepperoni pizza
Lyayen təsdiqləyib ki, Aİ ölkələri arasında Kiyevə 2024-cü il və sonrakı illər üçün yeni yardım proqramı ilə bağlı hələ də razılıq yoxdur.
“Ukraynaya bərpa etmək, dəymiş ziyanı bərpa etmək və islahatları həyata keçirmək üçün lazım olan yardımı davam etdirmək üçün razılığa gəlməliyik. Qonşumuzu, dostumuzu və birliyin gələcək üzvünü tam dəstəkləyirik”, - deyə AK rəhbəri yazıb.
Telegram kanalımız