“Ukraynanın şərqində böyük tank döyüşü olacaq“ - Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynanın şərqində böyük tank döyüşü olacaq“ - Nazir müavini

Dünya

14 Aprel 2022 15:01 649


Polşa, Latviya, Litva və Estoniya prezidentləri Ukraynaya silah tədarükünü müzakirə ediblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə aprelin 14-də Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski "RMF" radiostansiyasına müsahibəsində  bildirib. 

Onun sözlərinə görə, yaxın günlərdə Ukraynanın şərqində böyük tank döyüşü olacaq: Pepperoni pizza

“Ukrayna ilə olan bütün söhbətlər müharibədə qalib gəlmək üçün nəyin lazım olduğu barədədir. Bu, prezidentlərin Kiyevdəki danışıqlarının əsas mövzusu olub”, - deyən Yablonski kəşfiyyat əməkdaşlığı sahəsində silah dəstəyinə ehtiyac olduğunu da bildirib.

Xatırladaq ki, Polşa prezidenti Anjey Duda aprelin 13-də səhər saatlarında Latviya, Litva və estoniyalı vəzifədaşları ilə qatarla Kiyevə yola düşüb.

Qeyd edək ki, Ukraynada onlar Kiyev vilayətinin Borodyanka qəsəbəsində olub və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!