Ukrayna Rusiyanın 12 hərbi gəmisini məhv edib 

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiyanın 12 hərbi gəmisini məhv edib 

Dünya

18 Noyabr 2023 09:08 677


Müharibə zamanı ukraynalı hərbçilər Rusiyanın 15 hərbi gəmisini məhv edib, daha 12 gəmiyə ziyan vurub. 

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmi nümayəndəsi Dmitri Pletençuk bildirib. 

 O qeyd edib ki, Rusiya hərbi gəmilərinin bir hissəsini Novorossiysk və Tuapseyə köçürməli olub və indi Qara dəniz donanmasını təchiz etməklə bağlı logistik problemlər yaşayır.  Sezar pizza

Pletençukun sözlərinə görə, Rusiya gəmilərinin bir hissəsi dəniz qüvvələrinin pilotsuz vasitələri, bəziləri isə digər silahlar, o cümlədən "Neptun" və "Harpun" raketləri ilə zədələnib. 

Daha əvvəl məhv edildiyi bildirilən Rusiya hərbi gəmiləri arasında Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyseri də var. Bundan əlavə, noyabrın 4-də Rusiya Müdafiə Nazirliyi Ukrayna raketlərindən birinin Kerçdəki gəmiqayırma zavodunda hərbi gəmiyə zərər verdiyini etiraf edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!