Türkiyənin "Baykar Makina" şirkəti 3 "Bayraktar TB2" pilotsuz uçuş aparatını (PUA) Ukraynaya pulsuz hədiyyə etmək niyyətində olduğunu açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə şirkət "Twitter"də məlumat yayıb:
“Bir neçə gün ərzində bu məqsədə çatmaq üçün iş adamları və sadə insanlar - kiçik və böyük vəsait ayırdılar. “Baykar” TB2 üçün ödənişi qəbul etməyəcək və üç PUA-nı pulsuz olaraq Ukrayna cəbhəsinə göndərəcək”. pizza hut
Ötən həftə Türkiyə prezident administrasiyasının müdafiə sənayesi şöbəsinin müdiri İsmayıl Dəmir ölkəsinin Ukraynaya silah tədarükündə daha ehtiyatlı olduğunu bildirib.
Ukrayna və Türkiyə rəsmiləri Bayraktar TB-2 pilotsuz təyyarələrinin gələcək tədarükü ilə bağlı şərh verməkdən imtina ediblər.
Telegram kanalımız