Pentaqon yeni hərbi yardım paketində Ukraynanı "Mi-17" helikopterləri və "Humvee" hərbi maşınları təmin etməyi düşünür.
Yenisabah.az "The Washington Post"a istinadla xəbər verir ki, bu barədə Co Bayden administrasiyasının rəsmiləri məlumat yayıb.
Kiyevə yeni hərbi yardım paketi 750 milyon dollar dəyərində qiymətləndirilə bilər, lakin onun tərkibində hansı silah növlərinin olacağı hələ dəqiqləşdirilməyib. Toyuqlu pizza
Paketdə əvvəllər haubitsalar, sahil müdafiəsi üçün pilotsuz uçuş aparatları, həmçinin radiasiya, kimyəvi və bioloji mühafizə kostyumları var idi. Bütün bu avadanlıqların son paketdə qalıb-qalmayacağı hələ məlum deyil.
Telegram kanalımız