“Ümid edirik ki, növbəti görüşlər Bakı və İrəvanda keçiriləcək” - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Ümid edirik ki, növbəti görüşlər Bakı və İrəvanda keçiriləcək” - Nazir

Siyasət

24 Oktyabr 2023 14:49 259


Ümid edirəm ki, xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşləri Bakıda və İrəvanda keçiriləcək.

Yenisabah.az “Mehr News”-a xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan xarici işlər nazirlərinin Tehranda keçirilən “3+3” formatında görüşündən sonra deyib.

O bildirib: “Tehran görüşündə Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi müzakirə olunub və danışıqlarımız görüşün mətni və bəyanatın mətni üzərində cəmlənib. Ümid edirəm ki, Türkiyədə keçiriləcək növbəti görüşdən sonra bu görüşlər Bakıda və İrəvanda davam etdiriləcək”. Dördpendirli pizza

İran XİN rəhbərinin sözlərinə görə, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin bu görüşdə iştirakı bu iki ölkə arasında sülh və dostluğa doğru irəliləyişdən xəbər verir: “Ümid edirik ki, tezliklə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının şahidi olacağıq".

Qeyd edək ki, xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!