Vahabzadə Jirinovskinin məktubundan danışdı: “Nəyi bacarır, onu da eləsin”

saytların hazırlanması

Evə çatdırılma

Vahabzadə Jirinovskinin məktubundan danışdı: “Nəyi bacarır, onu da eləsin”

Siyasət

11 Avqust 2021 14:12 4796


“Kim nəyi bacarır, onu da eləsin. Verən versin, yazan yazsın, deyən desin”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadə deyib.

“Mən bir şey demədən qabaq fikirləşib elə deyirəm. Sözümü demişəm, söhbəti uzatmağa ehtiyac yoxdur”,-deyə diplomat vurğulayıb. Toyuqlu pizza

Xatırladaq ki, İsfəndiyar Vahabzadənin Jirinovski və "rus milləti"ni təhqir etdiyi, "donuzlar", "eşşək" və s. ifadələrini işlətdiyi video yayılıb. RLDP lideri Vladimir Jirinovski  bu sözləri təkcə özünə deyil, bütün rus xalqına təhqir saydığını və bu səbəblə də diplomatla bağlı cinayət işinin açılması tələbi ilə Azərbaycan Prezidentinə məktub yazacağını vurğulayıb.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!