“Vahabzadə Jirinovskiyə cavab vermir, pas ötürür” – Deputatdan sensasion ittiham

saytların hazırlanması

Evə çatdırılma

“Vahabzadə Jirinovskiyə cavab vermir, pas ötürür” – Deputatdan sensasion ittiham

Siyasət

14 Avqust 2021 12:23 11484


“Rusiyada şovinistlikləriylə tanınanlar, SSRİ-nin dağılmasını hələ də həzm edə bilməyənlər, ikinci Qarabağ savaşında Azərbaycanın qələbəsini öz məğlubiyyətləri kimi dəyərləndirənlər, nəhayət haylara muzdla işləyənlər hamısı İsfəndiyar Vahabzadənin yumşaq desək, jirinovskiləməsini əllərində tutalqaya çevirərək dövlətimizin üstünə yeriyirlər”. 

“Yeni Sabah” xəbər verir ki, bunu deputat Sahib Alıyev deyib. Onun fikrincə, İsfəndiyar Vahabzadə həmən çevrələrin təqdim etməyə çalışdıqları kimi diplomat deyil, nə vaxtsa guya olub: “Guya sözünü niyə işlətdiyimi  az-çox savadı və informasiyası olan hər kəs yaxşı bilir. Və hamı da olmasa, bir çoxları onu da yaxşı bilir ki, Vahabzadənin Jirinovskiyə cavabı nə diplomat cavabıydı, nə dövlət maraqlarından, nə də milli təəssübkeşlikdən irəli gəlirdi.  

Bəzilərindən fərqli  olaraq "bu, bazar adamının cavabıydı" da demək istəmirəm. Çünki bazarlarda ruscası səlis olan, Jirinovski kimiləri yerində oturtmaq lazım gələndə bunu ustalıqla edənlər az deyil. Həm də onlar içlərində həqiqətən də milli təəssübkeşlik hissləri gəzdirirlər.   Pepperoni pizza

İsfəndiyar Vahabzadə də isə bu yoxdur. Hakimiyyətdən narazılıq,  qəzəb, öz yerini və həddini bilməmək var. Keçmiş səfirin  “dillər dastanı” çıxışında da hədəf Jirinovski, yaxud da rus xalqı deyildi. Hədəf,  davamlı və ardıcıl  şəkildə yol verdiyi nöqsanlara görə onu artıq təmsilçisi gözündə görmək istəməyən, zorən diplomatlığına son qoyan Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti idi. Vahabzadə Jirinovskiyə cavab vermirdi, pas ötürürdü, bir sözlə, az öncə vurğuladığım kimi  jirinovskiləyirdi.

Açığı məni nə İsfəndiyar Vahabzadə kimi heç vaxt  yerində olmayan, indi də yerini bilməyən birinin hərəkəti, nə də Rusiyadakı bəlli çevrələrin ona reaksiyası təəccübləndirir. Məni təəccübləndirən  bu zorən diplomatı az qala qəhrəman edib göylərə qaldıran, onun hayların əlinə necə fürsət verdiyini anlamayan, Nemət Pənahlının, Rəhim Qazıyevin və digərlərinin  ötən əsrin axırlarındakı “dərs”lərindən hələ də nəticə çıxarmayanlardır. 

Bəylər, qəhrəman axtarırsınızsa,  gözlərinizi açın yaxşı-yaxşı baxın, onlar öz canları-qanları bahasına torpaqlarımızın işğalına son qoyanlardı,  hazırda əllərində silah Azərbaycan-Ermənistan sərhəddində, Qarabağda keşik, elə həm də təəssüb çəkənlərdir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ələsgər Ələsgərov
    Sahib siz böyük ," siyasətci" bir dəfə bu moskvanın ermənip ərəst hoqqabazlarina cavab verin, xalq da öyrənsim olsun alim
    5 years ago