“Vahabzadə üzr istəsin!” – Azərbaycan deputatından tələb

saytların hazırlanması

Evə çatdırılma

“Vahabzadə üzr istəsin!” – Azərbaycan deputatından tələb

Siyasət

13 Avqust 2021 16:36 18832


“Normal və əxlaqı yerində olan adam belə bir açıqlamanı qınamaya bilməz. Yalnız mental sağlamlıq problemləri olan, yaxud başqa maraqlara xidmət edən adam belə bir açıqlama ilə çıxış edə bilər. Öz axmaq və tərbiyəsiz açıqlamalarına görə Jirinovskinin üzünə ən çox tüpürən rus ziyalıları və ictimai-siyasi xadimləridir”.

“Yeni Sabah” xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İsfəndiyar Vahabzadənin Jirinovskiyə cavab verərkən rus xalqını təhqir etməsi barədə danışarkən deyib.

“İsfəndiyar Vahabzadə yenidən təyinat almayanda Bəxtiyar Vahabzadənin oğlu olduğu üçün ona iş verilməsinin zəruriliyi barədə açıqlama vermişdim. İndi o deyir ki, azərbaycanlıları təhqir etdiyi üçün atam təyyarəyə minib Moskvaya uçar, Jirinovskini döyərdi. Adamdan soruşarlar ki, atan kimi davranmağa sənə kim mane oldu? Əminliklə deyirəm ki, bu sözlərinə görə Bəxtiyar Vahabzadə onu ciddi şəkildə qınayıb, tənbeh edərdi. Onun o fikirləri ilə də razı deyiləm ki, guya deputatlar Jirinovskiyə tutarlı cavab verməyib. Yalnız mənim cavabımı oxusaydı, o cür danışmazdı. Dominos pizza

Mən istəmirəm ki, o da Azərbaycanın Jirinovskisi olsun. Rusiyadan fərli olaraq, o, Azərbaycanda heç vaxt vitse-spiker olmayacaq. Vahabzadə öz qeyri-etik davranışını qəhrəmanlıq kimi qəbul edir. Bir tərbiyəsizə görə böyük bir xalqı təhqir etmək qəhrəmanlıq deyil. Hətta o xalqı təmsil edən dövlətin xalqımıza nə qədər pislik etdiyini düşünmüş olsan belə. Mən onu özündə güc tapıb rus xalqından üzr istəməyə çağırıram. Bu onu alçaltmaz. Həm özünü yüksəldər, həm də milli maraqlarımıza uyğun bir addım olar. O, Bəxtiyar Vahabzadənin oğlu olmasaydı, bəlkə də mən belə bir təkliflə çıxış etməzdim”, - Qüdrət Həsənquliyev bildirib. /“Axar.az”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ceyranvvb
    Qüdrət bəy sizi xalq seçərək deputat olmusunuz.Nece olur ki, rus bizə qoyun deyir səsinizi çıxarmirsiniz.Professor onlara donuz deyir, odeqiqe deyirsiz ki, üzr istə. Bu hərəkətnize necə qiymət verək.
    5 years ago
  • Путин В.В
    Adin Qudretdi amma fikirlerini hec beyenmedim,mene senin kimi adamlar lazim deyil!
    5 years ago