“Vaqner”in 3 mindən çox üzvü döyüşlərdə öldürülüb

saytların hazırlanması

Evə çatdırılma

“Vaqner”in 3 mindən çox üzvü döyüşlərdə öldürülüb

Dünya

21 Aprel 2022 23:16 517


Rusiyanın muzdlulardan ibarət “Vaqner” qrupunun 8 min əsgərinin Ukraynaya yerləşdirildiyi məlum olub.

Yenisabah.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Ukraynada gedən döyüşlərdə “Vaqner”çilərin böyük əksəriyyəti zərərsizləşdirilib.

Rusiya tərəfi bununla bağlı rəsmi statistika açıqlmasa da, Qərb mənbələri azı 3000 “Vaqner” üzvünün öldürüldüyünü iddia edir. Bildirilir ki, qeyd olunan rəqəmlər daha yüksək ola bilər. Hazırda bu barədə dəqiq məlumat yoxdur.  Sezar pizza

Bundan əlavə, Qərb mətbuatında yer alan məlumata əsasən, “Vaqner” qruplaşmasına Ukraynada mülki sakinlərin qətlə yetirilməsi tapşırılıb. 

Qeyd edək ki, “Vaqner” Rusiya prezidenti Vladimir Putinin "şəxsi ordusu" kimi tanınır. Adıçəkilən muzdlu dəstəsi daha əvvəl Suriya, Sudan və Liviyadakı münaqişələrdə iştirak edib. Qrupun Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan məşhur rusiyalı milyarder Yevgeni Prijoqin tərəfindən maliyyələşdirildiyi iddia edilir./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!