“Vardanyan elə bir şey deyib ki, Bakı onu buraxmayacaq” - Baqdasaryan

“Vardanyan elə bir şey deyib ki, Bakı onu buraxmayacaq” - Baqdasaryan

Siyasət Veb saytların hazırlanması

28 Sentyabr 2023 18:55 4750


Qarabağ erməniləri ümid edir ki, Ruben Vardanyan Bakı həbsxanasından buraxılacaq. Qarabağ və Ruben Vardanyanı sevən Rusiyadakı ermənilər, sizi 100 faiz əmin edirəm ki, o, heç vaxt azad edilməyəcək.

Yenisabah.az xəbər verir ki, bunu erməni bloger Roman Baqdasaryan deyib.

“Bu, dəqiq informasiyadır, çünki Azərbaycan Ruben Vardanyanın videomüraciətini yaxşı xatırlayır. Mən sizə bunu ona görə deyirəm ki, onun həbsdən çıxmayacağını biləsiniz. Çünki Ruben Vardanyan qonşu dövləti təhdid edərək, “Nemezis” təşkil edəcəyini, Azərbaycanın bütün dünyadakı diplomatlarını öldürəcəyini demişdi. Ona görə də Əliyev heç bir halda Rubeni buraxmayacaq. Əgər Əliyev onu buraxsa, bu o demək olacaq ki, Vardanyan azərbaycanlı məmurlarla bağlı təhdidini reallaşdıracaq”, - Baqdasaryan bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!