“Vardyanyan Rusiya üçün önəmli deyil” - Markov

saytların hazırlanması

Evə çatdırılma

“Vardyanyan Rusiya üçün önəmli deyil” - Markov

Siyasət

27 Sentyabr 2023 18:46 795


Ruben Vardanyanın Laçın keçid məntəqəsində həbsi onun Rusiya dövləti ilə əlaqəsi olmadığını göstərir. Əgər onun Moskva ilə bağı olsaydı, Vardanyanı ya sülhməramlılar keçirərdilər, ya da Rusiya xüsusi xidmət orqanları ona kömək edərdilər.

Yenisabah.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Onlar keçirmədilər. Kömək etmədilər. Bu isə o deməkdir ki, Vardanyan Rusiya hakimiyyəti üçün önəmli deyil. Azərbaycanın xüsusi xidmət orqanları isə Qarabağdan çıxışa tam nəzarət edir”, - o bildirib. Dominos pizza

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Sərhəd Xidməti qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri”, separatçı Ruben Vardanyanı həbs edib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!