Erməni etnik qrupunun nümayəndəsi Faresin Ones Vartan Aqabekyan Şahin Fələstinin formalaşan hökumətinin yeni üzvlərindən biri, xarici işlər və xaricilərlə iş üzrə dövlət naziri təyin olunub.
Yenisabah.az xəbər verir ki, Aqabekyan 1958-ci ildə İordaniyada anadan olub. Fələstində kilsə işlərinə nəzarət üzrə Prezident ali komitəsinin üzvüdür. O, 1983-cü ildə ABŞ-nin İndiana ştatında Perdyu Universitetində magistr, Pittsburq Universitetində siyasi məsələlər üzrə doktorluq dərəcəsi alıb. 1988-2008-ci illərdə Qüds Universitetində dosent və sonra da dekan işləyib.
Fələstin hökumətinin ikinci yeni üzvü humanitar yardım məsələləri üzrə dövlət naziri Basil əl-Kafarndır. Marqarita pizza
Martın 28-də də Fələstin dövlətinin başçısı Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı altında hökumətin yeni tərkibini təsdiqləyib.
Telegram kanalımız