Vasitəçilər Əliyev-Paşinyan görüşünün baş tutmasına çalışırlar

saytların hazırlanması

Evə çatdırılma

Vasitəçilər Əliyev-Paşinyan görüşünün baş tutmasına çalışırlar

Siyasət

09 Noyabr 2023 14:19 603


Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında qarşıdakı müddətdə mümkün görüşlə bağlı suala cavab verib. 

Yenisabah.az xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir müavini bildirib ki, beynəlxalq vasitəçilər yeni görüşün təşkili istiqamətində müəyyən işlər görürlər. 

“Biz vasitəçilərlə daim əlaqə saxlayırıq. Beləliklə, biz yeni görüşün baş tutmasını gözləyirik. Hazırda belə bir görüşün hansı səviyyədə, harada və kimin vasitəçiliyilə baş tutacağı haqqında nəsə demək mənim üçün çətin ola bilər”, - Vahan Kostanyan əlavə edib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!