Vəfat edənlərin adları seçki siyahılarından çıxarılıb - Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

Vəfat edənlərin adları seçki siyahılarından çıxarılıb - Nazir müavini

Sosial

20 Dekabr 2023 12:43 485


Cari il dekabrın 15-dək vəfat etmiş şəxslərin adları seçici siyahılarından çıxarılıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Musayev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Nazir müavini bildirib ki, eyni zamanda səsvermə gününədək səsvermə hüququ yaranacaq 18 yaşı tamam olan şəxslərin də siyahısı hazırlanıb: pizza

"Vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət Seçki Məcəlləsinə əsasən tənzimlənəcək. Vətəndaşlar bununla bağlı məhkəmələrə müraciət edə bilər. Apelyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət də verilə bilər. Həmçinin əhali ilə bağlı məlumatların real vaxt rejimində MSK-ya çatdırılması istiqamətində zəruri işlər görülür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!