Müsavat Partiyası başqanının müavini, vəkil Osman Kazımovun Birinci vitse-prezident Mehriban Əliyevanın son addımlarını təqdir etməsi ona qarşı hücumlara səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, bu fikirlərinə görə vəkilə sosial şəbəkədə müxalifət nümayəndələri tərəfindən sərt tənqidlər yer almaqdadır. O. Kazımov M. Əliyeva haqda bunları yazıb:
“Mehriban Əliyevanın Əbülfəz Elçibəyin və Ayaz Mütəllibovun həyat yoldaşlarının mərasimləri ilə bağlı göstərdiyi diqqət təqdirə layiqdir. Bu, cəmiyyətdə olan gərginliyin səngiməsinə təkan verər. Sabah Azad Həsənovun məhkəməsidir. Xərçəng xəstəsi olan atasını görmək üçün Litvadan gələn Azad Həsənovun cibinə narkotik vasitə ataraq həbsə alıblar. Artıq 9 aydır ki,Azad həbsdə saxlanılır, azyaşlı oğlu atasının yolunu gözləyir.”. Dominos pizza
Vəkilə qarşı olan hücumlara ictimai fəal, hüquqşünas İlqar Altay reaksiya verib. O, bildirib ki, rəqabətdə əyrini-əyri, düzü-düz demək vicdan gücü, bunu deməklə rəqiblə təmasa girmək iradə möhkəmliyidir:
“Yəni, sən rəqabətini, əgər türmələrdəki kimi "zapadlo", dindarlardakı kimi "şeytan" ya "yezid" və yaxud dalaşıb-söyüşmüş kənd arvadları kimi, bir-birinə küsüb arxasını çevirmə patopsixoloji əhval üzərindəki kövrək bəsit prinsiplə qurursansa, bəli, rəqiblə təmasa girmə, uduzarsan.
Əgər rəqabətin əsil siyasi təməl prinsip və dayanıqlı xarakter üzərində qurulubsa, heç narahat olma, əksinə, udarsan bu mübadilədən.
İqnor, küsmə qədər acizlik, zəifliyi ifadə edən, uduzma gətirən əlamət yoxdur münasibətdə. Xüsusən də əbəs deyil ki, tarixən yas yerində düşmənlər belə, bir sırada dayanırlar.
Elçibəyin yas yerində prezident Heydər Əliyev gəlib baş sağlığı verib postda dayandı. Yerlərdən küy-fitə basdılar onu. Nə siyasət, nə xeyri oldu? Həmin adamlar 2008-də İlham Əliyevin prezidentliyini dəstəklədi.
Siyasi aləmdə demokratiya beşiyinin lideri D. Tramp diktatura beşiyi lideri V. Putin, hətta Kim Çen İn-lə (Şimali Koreya) görüşür, münasibətlər qurur. Siyasət xüsusi bacarıq, bilgi və davranışa mənsub insanların sahəsidir. Erkin Qədirli, İlqar Məmmədov kimi yeni müasir reformator siyasətçilər gəlir, siyasətə hay-küy, bazar yox, bir sənət elm kimi yanaşanlar. Əks halda, ölkəyə siyasi xurafat, cəhalət və nadanlıq gəlir.
İnciməyin cənablar, sizləri siyasət əlifbasını bilmədən, həyat gətirib, siyasi hakimiyyət olimpinə çıxartdı, qətiyyən öyrənmədiniz və devrildiniz, amma ki, siyasətdən getmədiniz. Getmədiyiniz bu 26 ildə də inad edərək yenə siyasət öyrənmək istəmədiniz. Anlamaq istəmədiniz ki, bir xəstəni ayağa qaldıran həkim azı 7 il oxuyur, öyrənirsə, bir ölkəni ayağa qaldıran siyasətçi xeyli çox öyrənməlidir. Yoxsa ki, qoyun gəlim "prob" eləyim, belə olmaz”.
Telegram kanalımız