Vəkil, tərcüməçi, eynək, kitab... -   Nə etməliyik ki, ermənipərəstlər separatçıları “siyasi məhbus” adlandırmasın?

saytların hazırlanması

Evə çatdırılma

Vəkil, tərcüməçi, eynək, kitab... - Nə etməliyik ki, ermənipərəstlər separatçıları “siyasi məhbus” adlandırmasın?

Siyasət

07 Oktyabr 2023 11:49 578


“Azərbaycan qanunvericiliyi hər kəs üçün yaxalandığı, yaxud da istintaqa alındığı zaman, əgər ehtiyacı varsa, vəkil və tərcüməçi ilə təmin olunma öhdəliyini verir. Yəni tutulan şəxsin kimliyi, milli mənsubiyyəti, onun terrorizmdə suçlanması, yaxud hansısa digər cinayətdə şübhəli bilinməsi və s. amillərin önəmi yoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquq müdafiəçisi Ələsgər Əhmədoğlu deyib.

O, separatçı liderlərin məhkəməsi ilə bağlı baş verən hüquqi prosesi, eləcə də onların vəkillə təmin olunması məsələsinə aydınlıq gətirib. Dördpendirli pizza

Qeyd edək ki, oktyabrın 6-da Ombudsman Səbinə Əliyeva Bakıda həbsdə olan separatçıların vəziyyəti ilə tanış olub. Onlardan heç biri saxlanma şəraitindən şikayətlənməyiblər. Bir nəfər, daha doğrusu, Davit Babayan isə özü üçün eynək və mütaliə üçün kitab istəyib və xahiş icra olunub.

Sosial şəbəkələrdə məlum xahişin icra olunması bəzilərində qıcıq doğurub.

Tanınmış hüquqşünas bu və digər məqamlar toxunaraq qeyd edib:

“Qanun qarşısında hər kəs bərabərdir. Bu şəxslərin həm tərcüməçi, həm də vəkillə təmin olunması onun hüququ və Azərbaycanın öhdəliyidir. Bu işin Avropa İnsan Haqları Məhkəməsi çərçivəsində aparılması perspektivini düşünsək, Avropa konvensiyasına qoşulduğumuz üçün üzərimizə düşən hər şeyi etməliyik”.

Ə. Əhmədoğlu məsələlərin sosial şəbəkələrdə mübahisəyə çevrilməsini savadsız yanaşma sayır:

“Lakin Azərbaycanda vəkil fəaliyyəti tanınan bir hüquqdur və həbs olunan, saxlanılan şəxslərin özləri öz hesabına vəkillə təmin oluna bilərlər. Amma onun belə bir cəhdi yoxdursa, dövlət müttəhimin vəkilsiz qalmaması üçün bu xidməti təqdim edə bilər. Bu, hüquqi baxımdan mümkün və zəruri məsələdir.

Məsələnin obyektiv araşdırılmasına gəldikdə isə burada Azərbaycanın üzərinə böyük öhdəlik düşür. Dövlət bütün prosedurları sonuna qədər qanunvericiliyə və beynəlxalq normala uyğun həyata keçirməlidir ki, hansısa prosessual pozuntu olmasın. Sonda məsələ Avropa məhkəməsində Azərbaycanın əleyhinə yekunlaşan bir nəticə olmasın”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!