Venesuela bu ölkəyə müharibə elan etməyə hazırlaşır

Venesuela bu ölkəyə müharibə elan etməyə hazırlaşır

Dünya Veb saytların hazırlanması

07 Dekabr 2023 09:55 579


Venesuela 3 dekabr referendumundan sonra ordusunu səfərbər edib və Qayanaya müharibə elanına hazırlaşır”.

Yenisabah.az “El Pais” nəşrinə istinadla xəbər verir ki, bu barədə qəzetin Karakasdakı mənbələri məlumat yayıb. 

İspan nəşri, həmçinin əlavə edib ki, ötən gün Qayana ordusunun çox sayda hərbi zabiti helikopter qəzası nəticəsində itkin düşüb. 

Venesuelanın helikopter qəzasında əlinin olub-olmadığı bilinmir.

Xatırladaq ki, 3 dekabr referendumu nəticəsində venesuelalıların 90%-dən çoxu Qayananın Essekibo ərazisinin ilhaqına “hə” cavabı veriblər. Həmin ərazi neft yataqları ilə zəngin bir bölgə olduğu üçün hazırda Karakasla Corctaun arasında münaqişəli bölgə ilə bağlı gərginlik yaşanır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!