Venesuelalılar Bazar günü keçirilən referendumda ölkələrinin neft və minerallarla zəngin Essekibo bölgəsinə iddiasını dəstəkləyiblər.
Yenisabah.az “The Financial Times”a istinadla xəbər verir ki, ərazinin sahibi olan Qayana referendumu ilhaq üçün bəhanə adlandırıb.
Venesuela prezident Nikolas Maduro isə bununla bağlı xalqa müraciət edib: Pepperoni pizza
“Bizim olan və “azad edənlərin” bizə qoyub getdiklərinin geri qaytarılması uğrunda mübarizənin yeni tarixi mərhələsində ilk addımları atdıq”.
Venesuela lideri rəsmi Karakasın Essekiboya ilə bağlı hansı addımlar ata biləcəyini açıqlamayıb, lakin yüksək fəallığı (10 milyondan çox insanın iştirakını – red.) xüsusilə qeyd edib. O, çıxışının əvvəlində referendumu “müşavirə yönümlü” adlandırıb.
Xatırladaq ki, səs verənlərin 95.4% Essekibonun Venesuelaya ilhaq edilməsinin lehinə səs verib.
Telegram kanalımız