Vətən müharibəsi iştirakçısı gecə klubunda dəhşət saçdı 

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi iştirakçısı gecə klubunda dəhşət saçdı 

Kriminal

28 May 2024 09:19 1108


Bakı Ağır Cinayətlər Məhkəməsində 28 yaşlı qızı bıçaqlamaqda təqsirləndirilən Tural Zeynalovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham edilib. 

Məhkəmənin hökmünə əsasən, T. Zeynalov 6 il bir ay müddətinə azadlıqdan məhrum olunub.  Pepperoni pizza

Hadisəyə gəlincə, 2000-ci il təvəllüdlü T. Zeynalov ötən il oktyabrın 3-ü gecə saat 01 radələrində Nizami rayonu Qara Qarayev prospektində yerləşən gecə klubunda gənc qızla tanış olub. Sonra tərəflər arasına mübahisə yaşanıb və o, zərif cinsin nümayəndəsini bıçaqlayıb. 

İstintaq zamanı məlum olub ki, T. Zeynalov əvvəllər oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb. 

Qeyd edək ki, təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olub və bir neçə medalla təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!