General-mayor Kənan Əlihüseyn oğlu Seyidov - Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini - qərargah rəisi vəzifəsindən azad edilib.
Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, K.Seyidov 5-ci Ordu Korpusunun komandiri təyin olunub. Dominos pizza
Qeyd edək ki, "Vətən Müharibəsi Qəhrəmanı" Kənan Seyidov 2003-cü ildə kapitan qismində "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant kimi təltif olunub. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülub. Həmçinin, Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib
2016-cı ildə isə polkovnik-leytenant kimi Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, "İgidliyə görə" medalı alıb.
Telegram kanalımız