Vəziyyət son dərəcə mürəkkəb və gərgindir - Putin

saytların hazırlanması

Evə çatdırılma

Vəziyyət son dərəcə mürəkkəb və gərgindir - Putin

Siyasət

08 Noyabr 2023 12:03 744


“Bir sıra regionlarda köhnə münaqişələr yenidən alovlanıb və ya yeni münaqişə ocaqları yaranıb. Bu da beynəlxalq vəziyyətin son dərəcə mürəkkəb, gərgin olduğunu göstərir”. 

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclasının iştirakçılarına videomüraciətində deyib. 

“Xüsusilə biz bunu Yaxın Şərqdə müşahidə edirik. Təcrübə göstərir ki, qlobal qeyri-sabitlik Avrasiya üçün də proqnozlaşdırılır. Bəzi ölkələrin addımları MDB ölkələrində vəziyyəti sarsıtmağa yönəldilib. Terrorizm və mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti və qanunsuz miqrasiya, radikalizm və ekstremizm kimi təhdidlər özünü göstərir”- deyə Putin bildirib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!