Vilayət Quliyevdən Elçibəylə bağlı paylaşım - Foto

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Quliyevdən Elçibəylə bağlı paylaşım - Foto

Siyasət

22 Avqust 2021 17:50 3829


Bu gün Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin vəfatından 21 il ötür.

Yenisabah.az xəbər verir ki, sabiq xarici işlər naziri, bu yaxınlarda səfir vəzifəsindən geri çağırılan Vilayət Quliyev sosial şəbəkə hesabında Elçibəyin anım günü ilə bağlı paylaşım edib.

V.Quliyev keçmiş prezidentin nəşini qarşılayan zaman çəkilən fotonu paylaşaraq bu sözləri qeyd edib: Marqarita pizza

"Prezident Heydər Əliyevin tapşırığı ilə İcra aparatının rəhbəri Ramiz Mehdiyevlə birlikdə Türkiyədən xüsusi reyslə uçan təyyarəni qarşılayıb, mərhum eks-prezident Əbülfəz Elçibəyin nəşini Binəqədiyə, yaşadığı evin həyətinə müşayiət etdik. Axşam saat 22:00 olmasına baxmayaraq, həyət və ətraf küçələr adamla dolu idi".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!