Vladimir Putin İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Siyasət

22 Dekabr 2023 19:18 533


Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu. Pepperoni pizza

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz. Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olur, regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə töhfəniz misilsizdir.

Konstruktiv dialoqun və sıx birgə əməkdaşlığın davam etdirilməsinə şad olardım.

Sizə möhkəm cansağlığı, səadət və rifah arzulayıram. Fürsətdən istifadə edərək, ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!