Vladimir Putin prezident seçkisində qalib gəldi - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Vladimir Putin prezident seçkisində qalib gəldi - RƏSMİ

Dünya

18 Mart 2024 09:13 693


Rusiyada baş tutmuş prezident seçkisində bülletenlərin 99,43 faizi hesablanıb.

Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat verib.

Nəticələr görə, Vladimir Putin 87,32 faiz səslə liderdir. Sezar pizza

İkinci yerdə Rusiya Kommunist Partiyasından Nikolay Xaritonovdur. O, seçicilərin 4,31 faiz səsini qazanıb.

Üçüncü yerdə 3,79 faiz səslə Vladislav Davankov (“Yeni İnsanlar”), sonuncu sırada isə 3,19  faiz səslə Leonid Slutski (RLDP) qərarlaşıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!