Xaçmaz sakinində avtomat aşkarlanıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayevdir. Onun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Ondan 3 ədəd patron və gizlətdiyi yerdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb. pizza hut
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Qeybullayev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Telegram kanalımız