Xankəndidə hərbi parad:   Azərbaycan dünyaya hansı mesajı verir?

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə hərbi parad: Azərbaycan dünyaya hansı mesajı verir?

Siyasət

07 Noyabr 2023 12:30 6050


“Azərbaycana qarşı təzyiqlər həmişə olub, indi də var və bu, davam edəcək. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil siyasət bir sıra dövlətlərin xoşuna gəlmir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında deputat Vahid Əhmədov deyib.

O, sabah Xankəndidə keçiriləcək Zəfər Paradından, eləcə də ölkəmizin paradın keçirilməsi ilə bağlı dünyaya verəcəyi mesajdan söz açıb: Pepperoni pizza

“Ermənistanın baş naziri Nikol Paşinyan faktiki olaraq bəzi Qərb dövlətlərinin sözü ilə oturub-durur. Azərbaycanda isə belə bir şey yoxdur, çünki dövlət başçısı xalqın istək və arzularını nəzərə alaraq müstəqil siyasət aparır. Həmin müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan 30 ildən sonra nəhayət öz torpağını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi”.

V. Əhmədovun sözlərinə görə, bu reallığı qəbul etməyən dövlətlər var, çünki ermənilərin lobbisi və havadarları kifayət qədər çoxdur:

“Bir sıra dövlətlərin parlamenti müəyyən qərarlar və bəyanatlar qəbul edirlər. Doğrudur, Azərbaycanın Xarici İşlər Nazirliyi və parlament bu məsələyə öz mövqeyini bildirir və çox kəskin bəyanatlar yayımlanır. Lakin Ali Baş Komandanın sabah Xankəndidə hərbi parad keçirməsi artıq bütün dünyaya mesajdır ki, Azərbaycan kifayət qədər inkişaf etmiş, möhkəmlənmiş və dünya orduları sırasında öz yerini tutmuş bir dövlətdir”.

Deputat xatırladıb ki, bəzi beynəlxalq güclər Azərbaycanı nə qədər etnik təmizləmə kimi absurd ittihamlarla günahlandırmaq istəsə də, tarix, hətta BMT-nin Xankəndidə olan missiyası göstərdi ki, bu iddia yalandır:

“Azərbaycandan könüllü surətdə köçən insanlara ölkəmiz yardımlar edib, pulsuz ərzaq paylayıb və s. Bu həqiqətlər BMT missiyasının rəyində də əksini tapıb. Odur ki bu gün Azərbaycanı gözü götürməyən dövlətlər istəyir ki, Azərbaycan SSRİ-nin tərkibində 70 il necə olubsa, indi də hansısa ölkənin tərkibində olsun. Amma bu, mümkün deyil. 

Həmişə istəmişik ki, qonşularımızla normal münasibətlərimiz olsun. Lakin çox təəssüf ki, bəziləri bunu qəbul etmək istəmir”.

Həmsöhbətimiz əmindir ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir:

“Bakı və Ankara Şuşa Bəyannaməsi ilə bir-birinin təhlükəsizliyinə təminat verib. Bu, müəyyən qıcıq doğurur. Sabah paradın Xankəndidə keçirilməsi isə dünyaya ismarıcdır ki, Azərbaycanla yalnız siyasi-hüquqi müstəvidə danışıqlar aparmaq olar”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elnur
    Mesaj verib axirda kasiblara girir sen allah lazim deyil mesaj sms zad belede qalsin besdi
    3 years ago