Xankəndidə silahlı şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə silahlı şəxs tutuldu

Kriminal

22 May 2024 10:37 1007


Tikinti şirkətlərinin birində usta köməkçisi işləyən Xocavənd rayon sakini Əmrah Haqverdiyev Xankəndidə  Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, şübhəli şəxs qismində saxlanılan şəxsin üzərində silah-sursat aşkar edilib. Sandıqcasında 8 ədəd patron olan "Makarov" tipli tapança və həmin tapançaya aid əlavə 16 ədəd patron polis tərəfindən aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində ayrı-ayrı tikililərdə əvvəlcədən gizlədərək saxladığı 1 ədəd "AK-74" markalı avtomat silah, 6 ədəd patron darağı, 273 ədəd müxtəlif çaplı patron, müvəqqəti yaşadığı evdən 3 ədəd süngü-bıçaq aşkar olunaraq götürülüb.  Dördpendirli pizza

Faktla bağlı şəhər polis şöbəsində Ə.Haqverdiyev barəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!