“Xankəndidə yaşayanların heç bir faizi bu şounun nə üçün olduğunu bilmir” - Rəsul Quliyev

saytların hazırlanması

Evə çatdırılma

“Xankəndidə yaşayanların heç bir faizi bu şounun nə üçün olduğunu bilmir” - Rəsul Quliyev

Siyasət

01 Sentyabr 2021 23:44 5401


“Xankəndidə azsaylı erməni icması Rusiya sülhməramlılarının dəstəyi ilə "təntənəli yubiley" şousu göstərmək fikirindədir. Burada qeyri-adi bir şey yoxdur. 1990-cı illərdə ağıllarını itirmiş Kaputikyan, Balayan heç vaxt olmamış dənizdən dənizə, guya Roma və İran imperiyasına başçılıq etmiş ermənilərdən və böyük Ermənistandan nağıllar yazıb ağıldankəm millətçi erməniləri dəli səviyyəsinə çatdırmışdı. Onlar “Qarabağ bizimdir nöqtə” deməklə və Şuşada tut arağından keflənib yallı getməklə son nöqtəni qoyduqlarına özlərini inandırdılar. Sentyabr-dekabr müharibəsi, Azərbaycan ordusunun qısa müddətdə ərazilərini azad etməsi, Şuşanı ermənilərdən təmizləyərək yallı getmiş sahələri dezinfeksiya etməsi  ermənilərin ağıllarını reallığa qaytara bildi. Ermənilərin 90 faizini Azərbaycanla zarafatın daha ciddi nəticələr verə biləcəyinə inandırdı”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

R.Quliyevin sözlərinə görə, indi yenidən Zori Balayanların teoriyasına, dənizdən-dənizə Ermənistan yaradacaqlarına inanan bir neçə əbləh ortaya çıxıb: “Bu əbləhlər inanırlar ki, Xankəndidən - cəmi 25 min adamın yaşadığı (8 min kişi 17 min arvad və uşaq-kişilərin gəlməməsi qorxduqlarına görədir) ərazidən başlayıb hansısa dənizə doğru irəliləyəcəklər. Fikrimcə, Azərbaycan bu şouya sıfır diqqət göstərməlidirlər. Dəcəl uşaqları necə tərbiyə edirlər, elə də tərbiyələndirməlidir bu şoumenləri. Hər halda Xankəndidə yaşayanların heç bir faizi bu şounun nə üçün olduğunu bilmir. Azərbaycan, sadəcə olaraq, Ermənistandan gəlmiş nümayəndə heyətinin qanunu pozduğunu, vizasız Azərbaycana daxil olduğunu Rusiya sülhməramlılarının nəzərinə çatdırmalı və onların həbs edilib Azərbaycana verilməsini tələb etməlidir. Bu heyətin üzvlərinə sanksiya tətbiq edib, sonradan axtarışa verməlidir”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!