Xankəndiyə nə qədər yanacaq göndərilib? - Açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Xankəndiyə nə qədər yanacaq göndərilib? - Açıqlandı

Siyasət

23 Sentyabr 2023 19:14 1047


Xəbər verdiyimiz ki, Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu 2 nəqliyyat vasitəsi hazırda açıq olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

24 ton Aİ 92 markalı benzin, 40 ton dizel yanacağı daşıyan avtomobillər Xankəndi istiqamətində hərəkət edir. Marqarita pizza

Yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!