Xələf Xələfov Tehrana gedir 

Xələf Xələfov Tehrana gedir 

Siyasət Veb saytların hazırlanması

03 Oktyabr 2023 12:53 180


Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün Tehrana səfər edəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə İranın “Nour News” portalı öz mənbələrinə istinadən məlumat yayıb. 

Bildirilir ki, Xələf Xələfov bir sıra yüksək rütbəli iranlı məmurlarla görüşəcək və onlarla regiondakı vəziyyəti müzakirə edəcək. 

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da İranda səfərdədir. O, iranlı həmkmarı, İran XİN rəhbəri və prezidenti ilə görüşlər keçirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!